ALLAH RİZASI ÜÇÜN SEVMƏK

Dünya həyatındakı tək məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha könüldən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayarlar. Quranın "De: "Mənim namazım da, ibadət də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür” (Əl-Ən'am Surəsi, 162) ayəsində bildirildiyi kimi, etdikləri hər işdə, göstərdikləri hər rəftarda Allahın razılığını qazanmağı hədəf edərlər. Sahib olduqları hər şeyi Allahın razılığını və məmnuniyyətini qazanmağa həsr edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allahı bütün sifətləriylə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən bir möminin Allah sevgisi, heç bir sevgiylə müqayisə edilməyəcək qədər güclüdür. Allah Bəqərə Surəsində möminlərin Özünə olan güclü sevgiləri ilə, müşriklərin əyri sevgi anlayışları arasındakı fərqi belə bildirməkdədir:

“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları, Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir”. (Əl-Bəqərə Surəsi, 165)

Ayədə bildirildiyi kimi, insanların bir qismi Allaha şərik qoşmaqda və digər varlıqları Allahı sevdiyi kimi sevməkdədirlər (Allahı tənzih edərik). Möminlər isə, heç bir insanın, maddənin ya da canlının gerçəkdə özünə aid bir gücü ya da gözəlliyi olmadığını bilirlər. Bunların hamısını, sahib olduqları bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini hazırlayıb meydana gətirə bilməz. Bir insanın üzündəki gözəlliyi, ya da bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir ömürlə yaradan və əcəlləri gəldiyində hamısını yox edəcək olan Allahdır, hər gözəllik yalnız Allahın hakimiyyətindədir. Bu səbəblə mömin, qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bilərək sevər. Bu səbəbdən əsl sevgisi, bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha istiqamətlidir.

“Göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir”. (Əl-Furqan Surəsi, 2)

Allaha şərik qoşan biri isə, bir insanın gözəlliyini tərifləyərkən, bu gözəlliyin o adama aid olduğunu düşünər. Bu, bir şəkil sərgisini gəzən və bəyəndiyi bir rəsmin gözəlliyinin o rəsmə aid olduğunu düşünərək tərifləyən insanın vəziyyətinə bənzəyər. Halbuki, əsl təriflənməsi lazım olan rəssamdır. Bu səbəbdən, bir insan bəyəndiyi bir gözəlliklə qarşılaşdığında, xoşuna gələn bir səs duyduqda, bir yeməkdən zövq aldığında, dərhal bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, məmnuniyyətini və şükrünü Ona yönəltməlidir. Allaha şərik qoşmaqdan qaçıb iman edənlər, sahib olduqları hər şeyi Allaha borclu olduqlarını bildikləri üçün Allaha çox güclü bir sevgiylə bağlıdırlar.

“Binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında durub onunla birlikdə cəhənnəm oduna yuvarlana kəs? Allah, zalım tayfanı doöru yola yönəltməz”. (Ət-Tovbə surəsi, 109)

R0074

Allah, Quranda Hz. İbrahimin müşrik olan qövmünə belə səsləndiyini bildirər:

"Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz gəhənnəm  odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!” (Əl-Ənkəbut Surəsi, 25)

Ayədə bildirildiyi kimi, Allaha şərik qoşanların dünya həyatında bir-birlərinə duyduqları bağlılıq, axirətdə böyük bir nifrətə çevrilər. Bunun səbəbi, Allahı unudaraq bir-birlərini həyatlarının ən böyük məqsədi halına gətirmələridir. Allah bunun qarşılığında, bu insanların şərik qoşmaları içindəki sevgi və bağlılıqlarını, axirətdə sonsuza qədər davam edəcək bir kin və nifrətə çevirməkdədir.

Quranda, dünya həyatına aid əmtəələri, ya da insanların sevgisini qazanmağı, Allahın məmnuniyyətindən daha prioritetli görən insanlar belə xəbərdar edilməkdədir:

“De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah, fasiqləri doğru yola yönəltməz”. (Ət-Tovbə Surəsi, 24)

İman edənlər, dünya həyatının bütün bu bəzəklərinin Allaha aid olduğunu bilər və bunları ancaq Allahın təcəlliləri olaraq sevərlər. Məsələn, möminlərdə Allahın bəyəndiyi gözəl əxlaq təcəlli etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə qarşı duyarlar. Bu sevgi, soy, irq kimi yaxınlıqlara, ya da hər hansı bir xeyirə söykənən deyil. Pulun, mövqenin, mədəniyyətin, ya da maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allah, möminlər arasındakı bu sevgini Quranda belə bildirməkdədir:

“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (Əl-Həşr Surəsi, 9)

Ayədə bildirildiyi kimi, möminlər, iman edən hər kəsi öz qardaşları kimi qəbul edərlər. Bir başqa möminin yaxşılığını, rahatlığını təmin etmək üçün heç bir fədakarlıqdan qaçınmazlar. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanıla bilməkdədir.

“Göylərin və yerin hökmü Onundur. O, heç bir övlad götürməmişdir; mülkmülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir”. (Əl-Furqan Surəsi, 2)

Sevgi kimi böyük bir neməti möminlərə bəxş edən isə Rəbbimiz olan Allahdır. Allah Hz. Yəhyaya Öz Qatından bir sevgi həssaslığı verdiyini belə bildirməkdədir:

“Ey Yəhya, Kitabdan bərk yapış! Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi“. (Məryəm Surəsi, 12-13)

Bir başqa ayədə isə Allah, iman edib saleh əməllərdə olanlara Öz Qatından bir sevgi bəxş edəcəyini xəbər vermişdir:

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq“. (Məryəm Surəsi, 96)

Burada çox əhəmiyyətli bir mövzunun daha üzərində dayanmaq lazımdır. Allahın razılığına görə sevən bir insan, ən gözəl əxlaqlı, Allaha ən bağlı, ən təqva olan kimsəni hər kəsdən çox sevər. Bu səbəblə Peyğəmbərimiz (s) bütün möminlər üçün ən sevimli, ən yaxın dostdur.

R0077

Həqiqi sevgi Quran əxlaqı ilə birlikdə yaşanar

Allaha könüldən bağlanan və Allahı çox sevən bir insan, Onun yaratdığı bütün gözəlliklərə qarşı ürəyində bir sevgi hiss edər; bir çiçək, kəpənək, quş, pişik, ya da gözəl bir mənzərə belə bir adamın içində böyük bir həyəcan oyandırar. Eyni şəkildə gözəl xasiyyətli, gözəl üzlü bir insan da ürəkdə səmimi bir heyranlıq meydana gətirər. Çünki insanın bütün bu gördükləri Allahın təcəlliləridir. Allaha duyulan coşğulu sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan ruhunda təbii bir sevgi və söhbət meydana gətirər. Bu səbəblə Allaha könüldən bağlanan insanlar, gerçək sevgini yaşaya bilən yeganə kəslərdir.
Quran əxlaqı isə gerçək sevginin təməlini meydana gətirər. Bir insanı əxlaqıyla, şəxsiyyətiylə və sahib olduğu bütün xüsusiyyətləriylə dərin bir sevgiylə sevmək, ancaq adamın Qurana uyğun gəlməsiylə mümkün ola bilər. Çünki Qurana uyğun gələn bir insan, Allahın bəyəndiyi əxlaqı yaşamaqla, bir çox seviləcək gözəl xüsusiyyət qazanmış olar. "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!" (Məryəm Surəsi, 76) hökmünü bilərək bütün bu gözəl əxlaq xüsusiyyətlərində ömür boyu səbir və dayanıqlılıq göstərər, vəfa, sədaqət, hörmət, sevgi, təvazökarlıq, fədakarlıq, dürüstlük, dözümlülük, bağışlamaq, mərhəmət, yumşaq xasiyyətlilik, cəsarətlilik kimi xüsusiyyətlər ancaq Allah qorxusunun və Quran əxlaqının yaşanmasıyla davamlılıq qazana bilər. Bu davamlılıq, möminin sevgidə də bir ömür boyunca səbir və dayanıqlılıq göstərməsini təmin edər. Sevginin təməli iman, Allah qorxusu və Quran əxlaqına söykəndiyi və Allah rizası üçün sevdiyi üçün möminin sevgisi çox güclü və dərindir. İman edənlərlə yaşadığı dostluğun, axirətdə sonsuza qədər davam edə bilməsi də sevgini güclü və daimi edən bir başqa səbəbdir.

Qurana uyğun gələn bir insanın yaşadığı bu üstün əxlaq onu həm Allah Qatında, həm də möminlərin gözündə çox qiymətli bir varlıq halına gətirər. Qurana uyğun gələn, təqva sahibi bir mömin hər şeydən əvvəl Allahın sevgisini və razılığını qazanacağını ümid edər. Allah sevdiyi qulunu, digər möminlərə də sevdirər, ona Öz Qatından bir nur, gözəllik verər və insanların ürəklərinin istiləşməsini təmin edəcək xüsusiyyətlər qazandırar.

“Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam" - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!„ (Fussilət Surəsi, 33)
“İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!„ (Əl-Bəqərə Surəsi, 207)

Quran əxlaqını yaşamayan insanların səhv sevgi anlayışı

Quran əxlaqından uzaq həyat sürən insanlar, bir çox mövzuda olduğu kimi, sevgi mövzusunda da səhv anlayışa sahibdirlər. Bu kəslər nə qədər öz aralarında sevgini və hörməti yaşadıqlarını düşünsələr də, ümumiyyətlə bunlar səhv təməllər üzərinə qurulmuş olan əlaqələrdir.

Aşağıda Quran əxlaqını yaşamayan insanların bəzilərinin sevgilərini söykədikləri dəyərlər araşdırılmaqdadır.

Qadın ilə kişi arasındakı şirkə söykənən sevgi

Şiryə söykənən sevginin nümunələri, qadın ilə kişi arasındakı əlaqələrdə sıx görülər. Bəzi insanlar  Allaha duyması lazım olan sevgini və bağlılığı, heç bir şeyə güc çatdıra bilməyən aciz varlıqlara yönəldirlər. Bəzən, bir insanı həyatlarının əsl məqsədi halına gətirər, hər an hər yerdə onun adını xatırlayar, onu ucaldar və onun sevgisini qazanmağa çalışarlar. Səhər qalxdıqları andan etibarən, gün boyunca davamlı olaraq o adamı düşünərlər. Ya da o insanı düşünüb, səhərə qədər yuxusuz qala bilərlər. Allahın razılığını qazanmaq yerinə, yalnız onu məmnun etməyi hədəflər, hətta bəzən, o adamı razı etmək üçün Allahın razılığına uyğun olmayan işlər edə bilərlər. Onun üçün hər cür fədakarlığı gözə alar, amma Allahın razılığını qazanmaq üçün səy göstərməzlər. Bu kəslər sanki bir-birlərini "ilahi" elan etmişlər. Necə ki, sevgini izah edən bəzi şeirlərdə, yazılarda, ya da romantika üzərinə qurulan danışıqlarda pərəstişkarlıq etməkdən çox sıx istifadə edilir. Bu cür sevgi anlayışınının təməli Allaha şirk qoşmaq üzərinədir. Allah bir ayəsində, cahilik inancına sahib olan insanların yaşadığı bu şirk sevgisinə diqqət çəkmiş, Allaha duyulan həqiqi sevginin bundan çox üstün bir gücə sahib olduğunu və çox daha qüvvətli bir bağlılıq ilə yaşanacağını bildirmişdir:

 “Ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin„ (Əl-Bəqərə Surəsi, 200)

Allah sevgisi, bütün sevgilərdən üstündür. Allah sevgisindən seçilən, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi, insanın Allaha şirk qoşmasına səbəb olar və bu da, insanı cəhənnəmə sürükləyər. Ancaq insanların bir qismi belə bir təhlükənin fərqində deyillər.

Bir insanın başqa insanları sevməsi, onlara bağlı olması, ailəsini, yaxınlarını sevgi ilə qoruması əlbəttə çox gözəl bir əxlaqdır. Daha əvvəl də ifadə edildiyi kimi, sevgi duymaq, sevgi və yaxınlığı yaşaya bilmək Allahın insanlara verdiyi çox gözəl bir nemətdir. Ancaq bu sevgi, yalnız Allahın razılığı üçün yaşandığında insana dünyada və axirətdə xoşbəxtlik gətirər. Allahdan üstün tutulan sevgilər, insana dünyada da, axirətdə də ağrı-acı və əzab gətirər. Allah dünyada bir-birlərini şirk qoşan insanların axirətdə cəhənnəm əzabından xilas ola bilmək üçün bir-birlərini fidyə olaraq vermək istədiklərini belə bildirər:

“Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini. Və yer üzündə olanların hamısını – təki özünü qurtarsın!„ (Əl-Məaric Surəsi, 11-14)
“O gün insan qaçacaq öz qardaşından;  Anasından, atasından; Zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!„ (Əbəsə Surəsi, 34-37)

Mənfəətə söykənən dostlar

Bir çox insan qəbul etmək istəsə də, bəzi əlaqələrdə, insanların beyinlərində bir mənfəət gözləməsi olar. Bəzi insanlar, özlərinə mənəət təmin edə biləcəklərini ümid etdikləri bir insanla qarşılaşdıqlarında hiss etdikləri həyəcanı, "sevgi" hesab edərlər. Halbuki ürəklərində hiss etdikləri həyəcan, bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduğu "ehtiraslı bir həvəsdir". Necə ki, bir çox insanın qarşısındakı adama olan sevgisi, bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişər. Zənginlik insan nəfsində həyəcan əmələ gətirdiyi üçün, ən çox həyəcan varlı adama qarşı duyular. Ancaq yuxarıda da ifadə etdiyimiz kimi, bu hiss sevgi deyil, yalnız dünya malına qarşı duyulan bir ehtirasdır. Varlı olan bir adamın əxlaqi xüsusiyyətləri bu dünyagörüşünə sahib olan insanlar üçün əhəmiyyət daşımaz. Bu səbəbdən əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, mənfəətçi, qeyri-səmimi olsa belə, təkcə varlı, ya da şöhrətli olması bu adama maraq göstərilməsi üçün kafi olar.

“Allahla bağladığınız əhdi ucuz satmayın. Allah yanında olan sizin üçün daha yaxşıdır. Kaş biləydiniz!„ (Ən-Nəhl Surəsi, 95)

Bəzi insanlar isə, özlərini əyləndirən insanlarla birlikdə olmaq istəyərlər və "mənimlə yoldaş olacaq adamın məni güldürə bilməsi lazımdır" kimi şərhlər edərək bunu etiraf edərlər. Bu səbəbdən bu yaxınlıq da sevgiyə söykənən deyil, yalnız bir mənfəət gözləməsindən ibarətdir. İnsanın, nəfsi gülmək istədiyi üçün özünü güldürəcək biriylə birlikdə olmaqdan zövq alması, onu sevdiyi mənasını verməz. Lakin bir çox adam mənfəət əldə etməkdən duyduğu bu rahatlamağı sevgiylə qarışdırar və bu insanı çox sevdiyini iddia edər.

“Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, heç bir dəlil nazil etməmişdir. Və ona dair heç bir biliyi də yoxdur. Zalımlara heç bir yardım edən olmaz„. (Əl-Həcc Surəsi, 71)
R0070

Bəzi kəslər də, gözəl insanlarla birlikdə görünməyin özlərinə etibar qazandıracağına inanarlar. Bu səbəblə yoldaş olmaq üçün gözəl insanları seçərlər, ölçüləri qarşılarındakı adamın boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətləri olar. Gözəllik olduqdan sonra, o insan üçün, bu adamın ağılının, vicdanının və ya insani xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Ancaq bu mövzuları əhəmiyyət verməməsini, qarşısındakı adama duyduğu sözdə olan sevgiyə bağlayar. Halbuki bu sevgi, belə insanlar üçün, "bu adamın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm" mənasını daşımaqdadır. Gözəllik getdiyində geriyə qalan ruh isə, bu adam baxımından heç bir əhəmiyyət daşımaz. Qarşısındakı adam gözəl olduğu üçün, onun mərhəmətsizliyini, incə düşüncəli olmamasını, ya da insanlara qarşı lağlağa etməsinə görməzlik edər.

Bəzi insanların ən əhəmiyyətli gördükləri mənfəətlərdən biri isə, öz ifadələriylə "həyat zəmanəti" əldə etməkdir. Bir çox insanın, gələcəyini zəmanət altına ala bilməmək, tək yaşamaq məcburiyyətində qalmaq, iqtisadi baxımdan möhtac vəziyyətə düşmək, xəstələndiyində özünə baxacaq birini tapa bilməmək kimi narahatlıqları vardır. Kimiləri, bu narahatlıqlarını məğlub etməyin ən bilinən və ən möhkəm yolu olaraq evliliyi görərlər. Bu səbəblə, belə xüsusiyyətlərə sahib olduğunu düşündükləri adama bağlanar və onu heç itirmək istəməzlər. Bu "gələcək qorxusu" üzərinə qurulan birliyi isə, çox vaxt gerçək sevgi zənn edərlər.

“Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz„ (Yusuf Surəsi, 38)

Həyatları boyunca, bu adamın xoşlanmadıqları bir çox xüsusiyyətlərinə, yalnız bu narahatlıqları üzündən dözmək məcburiyyətində qalarlar. Qonşuları, ya da yoldaşları ilə dərdləşər, içərisində olduqları vəziyyətdən şikayətlənərlər, amma, soruşulduğunda yalnız mənfəət gözləməsiylə bağlandıqları həyat yoldaşlarını çox sevdiklərini söyləyərlər. Halbuki, Quran əxlaqına uyğun olaraq yaşanan gerçək sevgidə heç bir şəkildə qarşılıq gözləməsi olmaz. İnsan, qarşısındakını heç bir mənfəət gözləmədən, o adamda Allahın təcəllilərini gördüyü üçün, böyük bir fədakarlıq və coşğu ilə sevər. Onun haqqında heç zaman mənfi danışmaz. Səmimi sevgisindən ötəri, ancaq onu tərifləyən, qoruyan danışıqlar edər. Ona qarşı heç bir zaman üçün zorakı bir dözüm içində olmaz, acizlikləri, ya da əskiklikləriylə qarşılaşsa belə, ona qarşı şəfqət və mərhəmət duyar, əskiklərini səssizcə, hiss etdirmədən bağlamağa çalışar, hər an onu rahatlaşdırmaq istəyər, hər istədiyini zövqlə və şövqlə yerinə yetirər. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edər.

Qısa davamlı, keçici sevgilər

Qurana söykənməyən sevgilər, qısa müddətdə bitər. Tərəflərdən biri qarşısındakından ümid etdiyi mənfəətləri əldə edə bilməyəcəyini gördüyündə, əvvəlində duyduğu həyəcan dərhal bezginliyə çevrilər. Eyni şəkildə bir acizliyini gördüyündə, ya da bir xəstəliyinə şahid olduğunda, o adam onun üçün artıq dözülməsi lazım olan bir insan olar. Xüsusilə də, bu adamın görünüşündə bir pozulma olsa, məsələn bir qəza nəticəsində üzündə izlər qalsa, bu, o insan üçün sevginin sonu deməkdir. Çox insan ətrafındakı insanlarda və ya mətbuatda çıxan xəbərlərdə rast gəlmiş ola bilər, çox yaxşı gedən bir evlilik kimi göstərilən əlaqələrin bitmə səbəbləri ümumiyyətlə xəstəlik, acizlik və ya iflasa uğramasıdır. Həyat yoldaşı çox gözəl və ya varlı da olsa, onun xəstəlik sırasındakı acizliklərini gördüyü üçün aralarındakı sevginin bitdiyini söyləyən və bu səbəblə bir-birlərindən ayrılan bir çox cütlük vardır. Zəngin və varlıqlı günlərindəykən çox yaxşı razılaşdıqlarını düşünən bəzi insanlar, mal varlıqlarını itirmələriylə birlikdə özlərinə göstərilən sevgi və yaxınlığın da bir anda sona çatdığını görərlər.

“Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət cahibi, hikmət sahibidir!„ (Əl-Ənfal Surəsi, 67)

Halbuki həqiqi sevgi zaman keçdikcə artar, əsla azalmaz. Qarşısındakı adama əxlaqı üçün dəyər verən bir insan, bu əxlaqın incəliklərini gördükcə ona olan sevgisi gedərək artar. Bu insanın bir qəza nəticəsində şikəst qalması, bütün sərvətini itirməsi, bədənini yaraların örtməsi və ya buna bənzər bir çətinliyin içinə girməsi sevgisini heç bir şəkildə təsir etməz. Hətta bu çətinliklər, qarşı tərəfin təvazökarlığını, yetkinliyini artıra biləcəyi və o adamı daha gözəl əxlaqlı bir insan edəcəyi üçün, sevgisi daha da güclənə bilər. Bu cür hadisələrin sevgiyə təsir etməmə səbəbi, həqiqi sevginin bu adamın yaşadığı Quran əxlaqına söykənən olmasıdır. Bir insanın Allahdan içi titrəyərək qorxub çəkinməsi, hər an Onun razılığının axtarışı və Quran əxlaqını ən gözəl şəkildə yaşaması, sevgini əmələ gətirən əsl səbəblərdir. Bu səbəblə Quran əxlaqını yaşayan insanlar arasındakı sevgi, bu cür hadisələrdən heç bir şəkildə mənfi olaraq təsirlənməz, hətta daha da güclənərək artar.