Quran Əxlaqında Qadın və Kişinin Əxlaq Xüsusiyyətləri Eynidir

Məqalədə mömin qadınların qeyd etdiyimiz üstün əxlaq xüsusiyyətləri, verilən nümunələrdə də göründüyü kimi Quran əxlaqına görə yaşamayan cəmiyyətlərdə geniş şəkildə yaşanan qadın xarakterindən çox fərqlidir. Çünkü Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə qadınlar, ümumiyyətlə cəmiyyət tərəfindən özlərinə uyğun hesab edilən və nəsildən-nəsilə keçərək günümüzə qədər gələn ortaq bir xarakteri yaşayırlar. Bu cür cəmiyyətlərdə qadın üçün ayrı, kişi üçün ayrı əxlaq xüsusiyyətləri təyin olunmuşdur.
 
Quranda isə Allah, qadın və kişi üçün ayrı bir xarakter bildirməmiş, bütün insanları “bir Müsəlman xarakteri”nə tabe olmağa dəvət etmişdir. Quran əxlaqına görə qadın və kişi eyni məsuliyyətlərə malikdir. Bu xarakterdə kişinin məsul tutulduğu bütün əxlaq xüsusiyyətlərindən eyni şəkildə qadın da məsuldur. Saleh əməllər işləyən hər insan, qadın ya da kişi, heç bir fərq olmadan Allahın razılığı, rəhməti və neməti ilə qarşılıq görəcək. Allah bir ayədə Müsəlman qadın və Müsəlman kişinin yaşamaqla məsul olduğu bu ortaq İslam əxlaqını bu şəkildə bildirir:
 
   Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (Əhzab Surəsi, 35)
Uca Rəbbimizin ayədə də buyurduğu üzrə Quran əxlaqına görə qadının və kişinin xarakteri cəmiyyətin dəyər mühakimələrinə, ya da davam edən ənənə və adətlərə görə deyil, Allahın bildirdiyi “ideal Müsəlman əxlaqına” görə şəkillənmişdir. Bu əxlaqı yaşayan Müsəlman qadınlar və kişilər son dərəcə güclü və möhkəm bir şəxsiyyətə sahibdirlər. Ən əhəmiyyətlisi isə bu əxlaqı cəmiyyətdə üstünlük əldə edə bilmək üçün deyil, yalnız Allahın razılığını və sevgisini qazana bilmək üçün yaşayırlar. Ömürləri boyunca bu əxlaqı nümayiş etdirən möminlərin Allah Qatında görəcəkləri qarşılıq bir ayədə belə müjdələnilmişdir:
 
Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa Surəsi, 124)