MÜSƏLMAN QADININ RƏHBƏRİ QURAN VƏ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)İN SÜNNƏSİDİR

İman edən bütün insanlar kimi, Müsəlman qadının da tək rəhbəri Qurani Kərim və Peyğəmbərimiz (səv) in sünnəsidir. Mömin qadın bütün şəxsiyyətini, xarakter xüsusiyyətlərini, həyat tərzini, ideallarını, istəklərini, rəftarlarını və əxlaqını Qurana və Peyğəmbərimiz (səv) in tövsiyyələrinə görə təyin edər. Allah, möminlər üçün ən doğru və ən gözəl hökmlərin Quranda olduğunu
 
“...Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə 50)
 
ayəsiylə insanlara bildirmişdir. Yenə bir başqa ayədə isə Allah, Quranın iman edənlər üçün hər mövzuda yol göstərici bir kitab olduğunu belə xəbər vermişdir:
 
”... Biz Kitabı sənə, hər şeyin açıqlayıcısı, Müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik.” (Nəhl Surəsi, 89)
 
Peyğəmbər Əfəndimiz isə
 
"Sizə iki şey buraxıram. Bunlara uysanız əsla yolunuzu azmazsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi"
 
sözləriylə, Müsəlmanların ən əhəmiyyətli iki yol göstəricisinin Qurani Kərim və Peyğəmbər Əfəndimizin sünnəsi olduğunu xatırlatmışdır.Quran və Peyğəmbərimiz (səv) in sünnəsi, iman edən bir qadının həyatı boyunca hər mövzuda yol göstəricisidir.
Cahiliyyə cəmiyyətlərində qadınların mənimsədikləri əxlaqa baxıldığında, bu kəslərin vərdişlərinə ya da nəfslərinin istəklərinə görə hərəkət etdikləri görünər. Uşaqlıq illərindən etibarən xarakterlərini formalaşdıran təlqinlər, bu kəslərin hardasa yeganə yol göstəriciləri halına gəlmişdir. Ətraflarında yaşayan qadınların həmişə eyni cür davranmaları , eyni danışıqları, filmlərdə, romanlarda qadınların həmişə eyni xarakteri göstərmələri, qadınlardan bəhs edilərkən eyni ortaq xarakterin dilə gətirilməsi, bu kəslər üçün bu xarakteri sanki bir vərdişə çevirmişdir. Buna görə də onlar üçün yol göstəricilər, bütün qadınların ümumi tətbiqləri və nəfslərinin o ankı istəkləri olmuşdur. Hər hansı bir hadisə qarşısında verəcəkləri reaksiya, alacaqları qərar və hətta bəzən söyləyəcəkləri sözlər belə eynidir. Ancaq əhəmiyyətli olan isə, yol göstəricilərinin tamamilə batil olması və özlərini də səhv bir yola aparmasıdır.
Mömin qadınlar isə, hər işlərində Quranı rəhbər etdikləri və Peyğəmbərimiz (səv) in əxlaqını nümunə götürdükləri üçün, daim məqsədəuyğun hərəkət edər, hikmətli qərarlar alar və buna görə də etdikləri hər işdə ən yaxşı nəticələri görərlər. Bundan başqa, cahiliyyə əxlaqının qadınlara yaşatdığı bütün narahatlıqlardan və çətinliklərdən uzaq bir həyat sürərlər. Allahın,
 
“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Nəhl Surəsi, 97)
 
ayəsiylə mömin qadınlara və mömin kişilərə vəd etdiyi kimi gözəl bir həyat yaşayarlar.