MÖMİN QADININ ŞƏRƏFİ: HİCAB

4211 Kuran_ahlakinda_Musluman_erkek_karakteriHər işlərində Quranı, mübarək Əfəndimizin (səv) əxlaqını və sünnəsini özlərinə rəhbər edən mömin qadınların əxlaqları və hərəkətləri  bir-birini tamamlayır.  Allahın ən çox razı olacağı şəkildə hərəkət etməyə diqqət göstərdiklərindən, Quran əxlaqından və ibadətlərindən əsla güzəştə getməzlər. Hər zaman gözəl əməllər edər, səbirli və cəsur davranarlar. Qərarları hikmətli, etdikləri işlər bərəkətli olar. Cahiliyyə əxlaqını yaşayanların həyatlarındakı çətinlik və narahatlıq, mömin qadınların həyatında yoxdur. Gözəl əxlaq və davranışlarıyla, ibadətlərinə göstərdikləri diqqətlə salehə qadınlar, ailələri və ətrafları üçün də yaxşı nümunə olar, onları da pisliklərdən qoruyub yaxşılıqlara istiqamətləndirərlər. Uca Allahın (cc),

“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Nəhl Surəsi, 97)


ayəsiylə mömin qadınlara və mömin kişilərə vəd etdiyi kimi, gözəl bir həyat yaşayarlar. Olduqları  mühitlərdə gözəlliklərin olmasına vəsilə olarlar.

Salehə qadınları, digər qadınlardan ayıran və Rəbbimizin Qatında, Allahın (cc) izniylə, üstün edən xüsusiyyətlərindən biri də təsəttürlərinə və iffətlərinə olan düşkünlükləri və diqqətləridir. Allah (cc) Quranda mömin qadınlara örtünmələrini əmr etmişdir. Müsəlman qadınların hicab taxmaları lazım olduğu, Quran ayələrində açıqca bildirilmiş, Peyğəmbər Əfəndimizin (səv) hədisi şəriflərində açıqlanmış və bütün böyük İslam alimlərinin ittifaqıyla (icmayla) təsdiq edilmiş bir hökmdür. Mövzuyla əlaqədar ayə bu şəkildədir:

“Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar;...” (Nur Surəsi, 31)


Müsəlman qadınlar üçün bir ibadət hökmündə olan örtünmə, şərəfli bir həyat yaşamaqları üçün də lazımlıdır. Allah (cc) Quranda örtünmənin mömin qadınları digərlərindən ayıran əhəmiyyətli bir xüsusiyyət olduğunu xəbər vermişdir:

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab Surəsi, 59)


Rəbbimizin (cc) də buyurduğu kimi təsəttür, mömin qadınların tanınmalarını, qorunmalarını və əziyyətə məruz qalmamalarını təmin edər. Təsəttür, bir qadına möhtərəmlik və qürur qazandırmaqdadır. Eləcə də, qadının cəmiyyət içərisində narahat edilməsinə də mane olur. Allah (cc) Qatında özlərini dəyərli  edəcək, dünyada da gözəl bir həyat yaşamalarını təmin edəcək xüsusiyyətlərin dünyəvi imkanlar deyil, əxlaqları olduğunu bilən mömin qadınlar üçün qürur və təmkinləri son dərəcə əhəmiyyətlidir.

Lakin, -əsas şagirdlər olmaqla - bu gün cəmiyyətin fərqli bölümlərində  bir çox mömin qadın baş örtüləri səbəbiylə müxtəlif çətinliklərlə qarşılaşmaqdadır. Təhsilini tamamlayıb faydalı bir insan olmaq, aldığı təhsili və ya təcrübəsini millətinə xidmətdə istifadə etmək istəyən gənc insanların baş örtüləri səbəbiylə, onlara maneə törətmək məqbul bir hərəkət deyil.

Uzun illərdir davam edən bu çətinliklər artıq bir həllə qovuşdurulmalıdır. Son dərəcə əfəndi, mülayim, tərbiyəli və təmiz əxlaqlı olduqları hər hallarından aydın olan bu gənclərin, belə bir təzyiqə məruz qalmamaları lazımdır. Açıqdır ki, Allahdan (cc) qorxan və Onun sərhədlərini diqqətlə qoruyan bu gənclərdən heç kəsə zərər gəlməyəcək.
Digər tərəfdən unudulmamalıdır ki, hicablılar da, başı örtüksüzlər də bu millətin övladlarıdırlar. Hamısı Türkdür, hamısı Müsəlmandır və hamısı da bacımızdır.

Hicabını bir üstünlük ölçüsü olaraq tanıtmaq, cəmiyyətdə dərin yaralara və qütbləşmələrə səbəb olacaq səhv bir yanaşmadır. Unudulmamalıdır ki, üstünlük, ancaq təqva ilədir və kimin təqva sahibi olduğunu ancaq Uca Allah bilər. Bu səbəblə kimsənin kimsəyə üstünlük iddiası haqqında danışılmamalı, bu tip danışıq və eyhamlardan şiddətlə uzaq durulmalıdır.