MÜSƏLMAN QADIN DÜRÜSTDÜR

3239 Rabbimizin_kadinlar_uzerindeki_rahmetiAllah Quranın

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın....” (Əhzab Surəsi, 70-71)


"... yalan sözlərdən də çəkinin" (Həcc Surəsi, 30)


ayələriylə insanlara yalandan çəkinib doğru söz söyləmələrini xatırlatmışdır. Allah, yalan danışmağın bir çox pisliyi də özü ilə gətirib, insanı şeytanla dostluğa sövq etdiyini bildirmişdir:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra Surəsi, 221-223)


Müsəlman qadın Allahın "Məhv olsun yalançılar!" (Zariyat Surəsi, 10) ayəsiylə bildirdiyi kimi, yalanın Allahın bəyənmədiyi və qadağan etdiyi bir hərəkət olduğunu bilərək, həyatı boyunca bu hərəkətdən çəkinər. İnsanın dünyada söylədiyi hər sözün, axirətdə qarşısına çıxacağını bilər. Xeyir üçün deyilən hər söz Allahın rəhməti və nemətiylə qarşılıq görərkən, yalan yerə deyilən sözlər də insanların üzərinə böyük yük və məsuliyyət olacaq. Bu səbəblə mömin qadın hər sözünü, axirətdə Allaha hesabını verəcəyini düşünərək danışar.

Yalan, axirətdə insanı ziyana uğradacaq. Yalanın dünya həyatında da insana heç bir qazanc vermədiyi unudulmamalıdır. Yalan söz insanı daim maddi və mənəvi itkilərə uğradar. Yalan danışaraq insanlara qarşı ikiüzlü və səmimiyyətsiz rəftar mənimsəyən insanın üzündə səmimiyyətsiz və saxtakar ifadə əmələ gələr. Öz daxilində insanları aldatdığını, dürüst və səmimi olmadığını bildiyi üçün özünə olan hörmətini itirər. Həm də yalan danışaraq aldatdığını düşündüyü insanlara qarşı olan hörmətini itirər. Öz səmimiyyətsizliyini onların hiss etdiklərini düşünməsi, bu insanlara qarşı qürurlu dünyagörüşünə sahib olmasına və onları kiçik görməsinə səbəb olar. Bundan başqa, yalan arxasından daha çox yalan gətirər. Adam yalanını gizlədə bilmək üçün hər dəfə onu daha da böyütmək  məcburiyyətində qalar. Həyatı boyu da davamlı olaraq yalanlarının aşkar olacağı qorxusuyla yaşamaqdan, ətrafındakılara qarşı da səmimiyyətsiz münasibətdə olar. Bu şəxslərin səmimiyyətsizliklərini və yalan sözlərini Allah, dünyada və ya axirətdə bir gün mütləq ortaya çıxaracaq.
Doğru söz isə daim insanı üstün mövqeyə gətirər və ucaldar. Allah gözəl söz ilə pis sözün fərqini Quranda belə izah etmişdir:

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. (İbrahim Surəsi, 24-27)


Müsəlman qadın, doğru sözün və dürüstlüyün gətirəcəyi bərəkətin və xeyrin fərqindədir. Buna görə özünün çətin vəziyyətə düşəcəyini, ya da yaxınlarının ziyan görəcəyini bilsə belə dürüstlüyündən heç vaxt güzəştə getməz. Mərdliklə, açıq sözlülüklə haqq olan nədirsə onu söyləyər. Allah Quranda möminlərin göstərməli olduqları bu əxlaqı belə bildirmişdir:

Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa Surəsi, 135)

Bundan başqa, Allah başqalarına qarşı olan əsəb, ya da hirsin də insanı doğru sözdən və dürüstlükdən uzaqlaşdırmamasını belə xatırlatmışdır:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə Surəsi, 8)

Yalan, cahiliyyə cəmiyyətlərində bəzi qadınların da tez-tez müraciət etdikləri bir üsuldur. Bəzən ən yaxınlarına; ailələrinə, yoldaşlarına, uşaqlarına, qardaşlarına, ya da dostlarına belə yalan söyləyə bilirlər. Bunların hərəsi üçün özlərinə bir bəhanə uydururlar. Bəzi yalanların zərərsiz olduğunu, insanların yaxşılığı üçün yalan danışmanın qanuni olacağını, kiçik yalanların yalan sayılmayacağını iddia edirlər. Məsələn, getdikləri yeri, görüşdükləri insanları, pullarını hara xərclədiklərini yoldaşlarından gizləmələrinin hər evlilikdə ola biləcək zərərsiz yalanlar olduğunu və bunların heç bir pisliyi olmayacağını müdafiə edərlər.

Halbuki yalana dair müdafiə etdikləri bu məntiqlərin heç biri doğru deyil. Allah insanlara yalan danışmağı qadağan etmişdir. Yalan eyni zamanda şeytanın bir xüsusiyyətidir. Bilindiyi kimi, Şeytan Hz. Adəmin cənnətdən çıxarılması üçün yalana müraciət etmişdir.

Müsəlman qadın, Quranı və Peyğəmbərimizin (səv) sünnəsini özünə rəhbər etdiyinə görə yalanın insanı nə cür bir yola doğru sürüklədiyini bilər və bu rəftardan vasvasılıqla çəkinər. Hər nə olursa olsun, dürüstlüyün insanı həmişə hörmətli edəcəyini və doğru sözün adamı mütləq xeyirə yönəldəcəyini bilərək bu əxlaqında qərarlı olar.
Peyğəmbər Əfəndimiz bu mövzudakı bir hədisidə iman edənlərə belə buyurmuşdur.

"Xalqdan qorxub haqqı söyləməkdən qaçmayın, bildiyiniz və gördüyünüz haqqı söyləyin. "