RƏBBİMİZİN QADINLAR ÜZƏRİNDƏKİ RƏHMƏTİ

“Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər” deyə bildirilir. (Muminun Surəsi, 71)   İslam əxlaqına uyğun olan, Allahın Quranda bildirdiyi yolla gedən insanlar hər mövzuda rifaha çatarlar. Cahiliyyə cəmiyyətində bəzi qadınların məruz qaldıqları çətinliklərin yeganə həlli və qadınların cəmiyyətdə layiq olduqları hörməti görmələrinin yolu Rəbbimizin insanları zülmətdən nura çıxarmaq üçün Peyğəmbərimizə (s.ə.v.) vəhy etdiyi Qurandadır.    Allah Quranın bir çox ayəsi ilə qadını və qadın hüquqlarını qorumuş, cahiliyyə cəmiyyətlərində qadınlara olan səhv dünyagörüşünü ortadan qaldırmış, qadına cəmiyyətdə hörmətli bir yer qazandırmışdır. Quran ayələri ilə insanlara Allah Qatında üstünlüyün cinsiyyəti deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğu bildirilmişdir. Bütün bunlar Rəbbimizin qadınlar üzərindəki bənzərsiz lütfünün bir dəlilidir:   “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat Surəsi, 13)     “ Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan )ibrət alasınız..” (Əraf Surəsi, 26)   Bir başqa ayədə isə Allah "...Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!." (Bəqərə Surəsi, 197) şəklində buyuraraq, insanlara ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirmişdir. Bu səbəbdən insanı həm dünyada, həm də Allah Qatında kamil olaraq qiymətli edən və üstünlük qazandıran “təqva” olmalıdır. Allah Quranda " Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.." (Hədid Surəsi, 18) şəklində buyurmaqdadır. Bu ayə ilə həm kişilərə, həm də qadınlara əsl üstünlüyün Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanılacağı bildirilir. Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli strukturlara sahibdirlər. Ancaq bu bir üstünlük səbəbi deyil. Allah bir başqa ayədə də, bəzi insanlar arasında bir üstünlük ünsürü halına gəlmiş olan var-dövlət yerinə Allahın fəzlini istəməyin daha məqbul olduğunu belə bildirmişdir:     Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.. (Nisa Surəsi, 32)    Allah qadınların cəmiyyətdə qorunub, layiq olduqları hörməti və sevgini görmələri üçün ictimai sahədə lazımi tədbirlərin necə alınacağını Quran ayələri ilə bizlərə bildirmişdir. Bütün bu tədbirlər qadınların lehinədir. Bunların bir hikməti də odur ki, qadınlar zərərə uğramasın, əzilməsin və.s. Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inanclarını daşıyan insanların səhv tətbiqlərini ortadan qaldırmışdır. İslam əxlaqına görə bir insanın qadın və ya kişi olması vacib deyil, Allaha dərin bir iman və Allah qorxusu Allahın əmr və qadağalarına riayət etməsi, Quran əxlaqını ən gözəl şəkildə yaşaması vacibdir. Allah Qatında dəyərləndirilən adamın xüsusiyyətləri belə olacaq. Allah Quranda istər qadın, istər kişi olsun, iman edən bir kimsənin xüsusiyyətlərini belə açıqlamışdır:   Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.. (Tövbə Surəsi, 71)    Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşı işlər görməyi buyurub, pis əməllərə mane olmaqla və Quranda bildirilən bütün əmr və tövsiyələrə riayət etməklə məsuldurlar:   "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir." (Ənfal Surəsi, 29)    Səmimiyyətinə, ixlasına və imanına görə Allah insanı həyatın hər sahəsində doğru yola çatdıracaq, doğru qərarlar vermək və məqsədəuyğun rəftar etmək üçün ağıl, fərasət və bəsirət verəcək. Bu səbəbdən ağıl adamın cinsiyyətinə görə deyil, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə dəyərləndirilməlidir. İmanın  qazandırdığı ağıl ilə hərəkət edən hər insan, istər qadın olsun, istər kişi, həyata dair hər mövzuda müvəffəqiyyət əldə edə bilər, bir çox insandan önə keçə bilər. Bu tamamilə insanın istəyindən, şövqündən və əzmindən asılıdır. İman edənlər İslam əxlaqının bir zərurəti olaraq, özlərini heç zaman heç bir mövzuda kafi görməzlər. Daim daha ağıllı, daha qabiliyyətli, daha məsul, daha şəxsiyyətli, daha gözəl əxlaqlı insan olmaq üçün səy göstərərlər. Özlərini hər mövzuda güclərinin çatdığı qədər inkişaf etdirməyə çalışarlar. Allah iman edənlərin ətrafındakı insanlara nümunə olan xarakterə sahib olmaq üçün Ona dua etdiklərini bildirir:   Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”. (Furqan Surəsi, 74)    Həyatı boyu hər mövzuda bacardığının ən yaxşısını etməyə çalışan və şəxsiyyəti, əxlaqı və səyi ilə bütün insanlara nümunə olmağa cəhd göstərən mömin qadın (Allahın iznilə) cəmiyyətdə də üstün bir mövqeyə sahib olar. Boynuna götürdüyü hər cür məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirər, ən doğru qərarları verər, hər məsələnin ən gözəl həllini tapar və hər şeydə ən ağıllı nəticəni çıxarar. Göründüyü kimi, İslam əxlaqında qadınla kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz qadınla kişi arasında ayrı-seçkilik salan bütün cahiliyyə inanclarını Quran ayələri ilə aradan  qaldırmış, qadına layiq olduğu dəyərin verilməsini əmr etmişdir. Bu səbəblə də İslam əxlaqını mənimsəyən qadınlar üçün kişilərlə bərabərlik uğrunda mübarizə deyil, “xeyirli işlərdə yarışma” əxlaqı əsasdir. Xeyirli işlərdə yarışmaq iman edənlərin, həyatlarının hər anında Allahın razılığını qazana bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərmələridir. Bu məqsədləri istiqamətində Allahın ən sevdiyi, ən razı olduğu və Allaha ən yaxın adam olmaq üçün xeyirli işlərdə yarışarlar. Ancaq bu yarış tamamilə Rəhmanı bir yarışdır. Allah möminləri dünyada və axirətdə önə keçirən xüsusiyyətin bu istiqamətdə göstərdikləri səy olduğunu Quranda belə bildirmişdir.   Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.. (Muminun Surəsi, 61)   Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.. (Fatır Surəsi, 32)   Bir başqa ayədə isə Allah ".. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.." (Nəhl Surəsi, 97) şəklində buyuraraq, kişi və ya qadın olsun, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa uğradılmadan əskiksiz şəkildə əvəzini görəcəklərini xatırlatmışdır. Bütün bunlar Allahın inanan qulları üzərindəki rəhmətinin dəlilləridir. Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə qadınlara hələ də ikinci dərəcəli insan rəftarı edilərkən, Allah Rəhman və Rəhim sifətinin bir təcəllisi olaraq qadınları qoruyur, onlara şan və  şərəf verir.