MÜSƏLMAN QADIN CƏSURDUR

Cahiliyyə cəmiyyətində kişilərin qadınlar haqqında tez-tez dilə gətirdikləri ümumi fikirlərdən biri onların çətinliklər qarşısında lazım olan səbri və yetkinliyi göstərə bilməmələridir. Qadınların belə hallarda hadisələri daha da çətinləşdirdiklərinı, qarşılarındakı insanlara yük olduqlarını düşünürlər. Həqiqətən də bəzi qadınların təhlükə, ya da çətinliklərlə qarşılaşdıqlarında həyəcana qapılıb bacarıqsızlaşmaları, tədbirsiz davranışları, hadisələri qabardıb ətrafdakı insanları da təlaşlandırmaları doğrudur.
 
Kişilər çox təhlükəli hadisələrlə qarşılaşdıqlarında əksəriyyəti soyuqqanlılıqlarını qoruyub, hadisələrə qorxusuz və cəsur tərzdə yaxınlaşarkən, bəzi cahiliyyə qadınları gündəlik hadisələr qarşısında çaxnaşmaya və qorxuya qapılırlar. Bu çaxnaşma və qorxu ilə hadisələri daha da çıxılmaz vəziyyətə gətirib çətinləşdirə bilərlər. Bu səbəbdəndə, bu cür hallarda çox vaxt kişilər bir tərəfdən qarşılaşdıqları çətinlikləri həll etməyə çalışarkən, bir tərəfdən də yanlarındakı qadınların bu vəziyyətlərini düzəltməklə məşğul olmaq məcburiyyətində qalırlar.
 
Müsəlman qadınlara isə belə vəziyyət aid deyil. Allaha qarşı olan sevgiləri, etibarları, bağlılıqları və təslimiyyətləri onlara cəsarət və güclü xarakter qazandırır. Allahın insanları çətinliklərlə sınayacağını, bunlar qarşısında cəsarət və təslimiyyətlə Allaha bağlılıqda dayanıqlılıq göstərənləri isə rəhmətinə qovuşduracağını bilirlər. Bu da onları daha qərarlı və şövqlü edir. Allah Quranda iman sahiblərinin bu xüsusiyyətlərini belə bildirmişdir:
 
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali İmran Surəsi, 146)
 
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə Surəsi, 156)
 
(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali İmran Surəsi, 173)
 
Müsləman qadının bu cəsarəti dünya həyatına dair heç bir qayğı yaşamamasından qaynaqlanır. Allaha olan dərin təslimiyyəti ve etibarı, mal və ya can qayğısı çəkməsinə mane olur. İnsanı Allah yaratmışdır və həyatına son verən də ancaq Odur. Eynilə, dünya həyatında sahib olduğu maddi-mənəvi bütün nemətləri - sağlamlığını, gəncliyini, malını-mülkünü, hər şeyini ona verən Allahdır. Bunları geri alan da ancaq Allahdır. Mömin qadın Allahın her şeyi xeyir ve hikmətlə yaratdığını bildiyi üçün bunlardan hər hansı birinə zərər gəldiyində də, bunun Allahdan bir gözəllik və xeyir olaraq özünə  qayıdacağını bilərək rahat yaşayır. Buna görə də, bir təhlükə, çətinlik və ya risqlə qarşılaşdıqda əsla sarsılmazlar.
 
Bununla yanaşı, Müsəlman qadının cəsarəti onun Allahın sərhədlərini qoruyarkən qətiyyət göstərməsindən də aydın olur. Şəraitdən asılı olmayaraq, Quran əxlaqından qətiyyən geri dönməz. Allahdan başqa heç nədən və heç kimdən qorxmaz: Allahın razılığına ən uyğun davranışı göstərməkdə heç tərəddüd etmədən böyük bir dayanıqlılıq göstərər. Allah iman edənlərin bu xüsusiyyətlərini Quranda belə bildirmişdir:
 
Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab Surəsi, 39)